Ordu.az xəbər verir ki, təxminən 686 milyon funt-sterlinq dəyərində olan müqavilə dizayn və mühəndislik fəaliyyətlərini əhatə edir.
Üç ölkənin birgə döyüş təyyarəsi proqramı
Qlobal Döyüş Hava Proqramı (GCAP) Böyük Britaniya, İtaliya və Yaponiya tərəfdaşlığı ilə həyata keçirilir. Proqram çərçivəsində qabaqcıl texnologiyalara malik yeni nəsil döyüş təyyarəsinin hazırlanması hədəflənir.
Beynəlxalq proqram mərhələsinə keçid
GCAP Agentliyi bildirib ki, bu müqavilə əvvəllər milli səviyyədə həyata keçirilən işlərin vahid beynəlxalq struktura keçirildiyini göstərir.
Agentliyin icraçı direktoru Masami Oka bu barədə deyib: “Bu müqavilə GCAP üçün mühüm dönüş nöqtəsidir. Əvvəllər üç ölkənin ayrı-ayrı müqavilələri çərçivəsində həyata keçirilən fəaliyyətlər artıq tam şəkildə beynəlxalq proqram çərçivəsində icra olunacaq”.
“Edgewing” dizayn və inkişaf məsuliyyətini üzərinə götürür
“Edgewing” proqram çərçivəsində təyyarənin dizayn və inkişaf fəaliyyətlərinə cavabdeh olacaq. Bildirilib ki, şirkət proqram boyunca dizayn üzrə əsas səlahiyyət sahibi kimi çıxış edəcək.
“Edgewing”in baş icraçı direktoru Marko Zoff isə qeyd edib: “Edgewing” və GCAP Agentliyinin bu mərhələyə çatması ortaq məqsəd və güclü əməkdaşlıq sayəsində mümkün olub. Biz bu tempi qoruyub saxlamağa davam edəcəyik”.
2035 hədəfi
2022-ci ildə başlanmış GCAP proqramı yeni nəsil döyüş təyyarəsinin 2035-ci ilə qədər xidmətə qəbul edilməsini hədəfləyir.
Edgewing şirkəti “BAE Systems”, “Leonardo” və “Japan Aircraft Industrial Enhancement Co. Ltd.” tərəfdaşlığı ilə yaradılıb. Şirkətin fəaliyyətlərinin hər üç ölkədə davam etdiriləcəyi bildirilib.
Sevinc Əliyeva
Ordu.az