Küveytdə İranın PUA zərbəsindən sonra neftayırma zavodunda yanğın baş verib

2026/03/1774807623.jpg
Oxunub: 583     09:55     03 Aprel 2026    
Küveytin Əl-Əhmədi limanı yaxınlığında yerləşən neftayırma zavodunda pilotsuz uçuş aparatının zərbəsindən sonra bir neçə yanğın ocağı yaranıb.

Ordu.az xəbər verir ki, bu barədə əmirliyin dövlət korporasiyası “Kuwait Petroleum Corporation” (KPC) məlumat yayıb.

“Əl-Əhmədi limanı yaxınlığında yerləşən neftayırma zavodu bu gün səhər pilotsuz uçuş aparatının birbaşa zərbəsinə məruz qalıb. Bir neçə yanğın ocağı yaranıb və yanğınsöndürmə qrupları hazırda onları söndürməyə çalışır”, - deyə korporasiyanın KUNA agentliyinin yaydığı məlumatında bildirilib.

KPC-də əlavə ediblər ki, mövcud məlumata əsasən, yanğın nəticəsində ölən yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Küveyt  


Bizi "telegram"da izləyin