Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
AN/TPY-2 radarı ABŞ-nin yüksək səviyyəli THAAD raketdən müdafiə sisteminin əsas komponentlərindən biridir.
Həmin vaxtdan etibarən baza dəfələrlə İranın hücumlarına məruz qalıb. O cümlədən martın 27-də radar sistemi ilə təchiz edilmiş E-3 təyyarəsi və yanacaq dolduran tanker təyyarəsi vurulub. Bu hücum nəticəsində azı 10 amerikalı hərbçi yaralanıb. Hücumlar silsiləsi, görünür, ABŞ-nin yaxınlaşan raketləri və pilotsuz uçuş aparatlarını radar vasitəsilə aşkar etmək imkanlarını zəiflətməyə yönəlib.
İran zərbələri həmçinin İordaniyada yerləşən ABŞ-nin daha bir AN/TPY-2 radarını məhv edib, hərbi rabitə infrastrukturuna zərbə endirib və Qətərdə qurulması 1 milyard dollardan artıq vəsaitə başa gələn erkən xəbərdarlıq radarına ziyan vurub.
ABŞ ordusunun açıqlamasına görə, martın 1-dəki hücum zamanı radar üzərində xidmət edən ABŞ hərbçisi ağır yaralanaraq həyatını itirib. Bildirilib ki, Kentukki ştatından olan çavuş Benyamin Penninqton ölümündən sonra qərargah serjantı rütbəsinə yüksəldiləcək.
Sevinc Əliyeva
Ordu.az