Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Qruplaşma “Telegram”da yayımladığı bəyanatda bu gün “Viktoriya” aviabazasının “enerji baxımından həyati əhəmiyyət daşıyan mənbələrinə” zərbə vurduğunu bildirib.
Bildirilir ki, hücumun hədəfi obyektin generatorlarını qidalandırmaq üçün istifadə olunan yanacaq çənləri olub.
AFP agentliyi isə təhlükəsizlik mənbələrinə istinadən xəbər verib ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum hava limanı kompleksində yerləşən ABŞ-nin diplomatik və logistika mərkəzini hədəf alıb.
Sevinc Əliyeva
Ordu.az