Səfir: “ABŞ İran adalarına qoşun çıxarsa, husilər Bab əl-Məndəb boğazını bağlaya bilər”

2024/01/1705035832.jpg
Oxunub: 378     09:46     03 Aprel 2026    
“ABŞ İran adalarına qoşun çıxarmağa qərar verərsə, Ənsar Allah” hərəkatı (husilər) Bab əl-Məndəb boğazını bağlaya bilər”.

Ordu.az xəbər verir ki, bunu Misirdə İranın səfiri Mocətaba Ferdousipur “RİA Novosti”yə müsahibəsində bildirib.

“Ümid edirik ki, düşmən (ABŞ-red.) İrana qarşı növbəti strateji səhvə yol verməyəcək. Əgər onlar İran adalarına çıxarma etsələr və ya onları ələ keçirməyə çalışsalar, Hörmüz boğazına daha bir boğaz əlavə olunacaq... Biz bunu istəmirik və “Ənsar Allah”dan bunu etməyi xahiş etməyəcəyik, lakin onların belə imkanı var”, - deyə Ferdousipur qeyd edib.

Diplomat əlavə edib ki, belə addım “maliyyə bazarlarının və qlobal iqtisadiyyatın partlayışına” səbəb olacaq.

Mart ayının ortalarında husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Buheiti “RİA Novosti”yə bildirib ki, hərəkat Qırmızı dəniz ilə Ədən körfəzini birləşdirən Bab əl-Məndəb boğazını bağlaya bilər, lakin yalnız “aqressor ölkələr” üçün bunu edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin