PUA hücumu nəticəsində Küveyt neft emalı zavodunda yanğın baş verib

2026/03/1774978288.jpg
Oxunub: 388     09:32     03 Aprel 2026    
Pilotsuz üçüş aparatlarının (PUA) hücumu nəticəsində Küveyt neft emalı zavodunda yanğın baş verib.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, Küveyt Neft Şirkətinin məlumatına görə, Əl-Əhmədi limanındakı neft emalı zavodunun bir neçə əməliyyat bölməsində PUA hücumu nəticəsində yanğın baş verib.

Bildirilib ki, zavod bu gün səhər saatlarında PUA hücumuna məruz qalıb və bəzi əməliyyat sahələrində yanğın qeydə alınıb.

Hücumdan sonra fövqəladə hallar və yanğınsöndürmə briqadaları müdaxilə planlarını işə salıb, yanğının nəzarət altına alınması və yayılmasının qarşısının alınması istiqamətində işlər davam etdirilir.

Açıqlamada bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Küveyt ordusu gecə ərzində üç dəfə PUA və raket hücumlarına qarşı cavab verdiyini açıqlamışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Küveyt  


Bizi "telegram"da izləyin