Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək

2026/04/1775194843.jpg
Oxunub: 369     09:02     03 Aprel 2026    
Yaponiya hökuməti, ölkənin aparıcı şirkətlərindən mayda Rusiyaya səfərdə iştirak etmələrini istəməsi barədə xəbərləri təkzib edib.

Ordu.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara media üçün keçirilən növbəti mətbuat konfransında bildirib.

"Bu məlumatın doğruluğuna gəldikdə isə, bu, həqiqətə uyğun deyil. Yaponiya hökuməti Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam edəcək", - Kihara bildirib.

Daha əvvəl "Kyodo News" mənbələrə istinadən xəbər verib ki, Yaponiya hakimiyyəti Ukraynadakı müharibənin bitməsindən sonra yapon şirkətlərinin Rusiyadakı fəaliyyətini tam bərpa edəcəyini gözləyir.

Agentliyin məlumatına görə, hökumət müvafiq sorğunu Mitsubishi, Mitsui, Itochu, Sumitomo Corp, Marubeni və Mitsui O.S.K. Lines gəmiçilik şirkətinə göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Rusiya  


Bizi "telegram"da izləyin