ABŞ-nin vitse-prezidenti 2026-cı il aprelin 7-si və 8-də Macarıstana səfər edəcək

2026/02/1770182104.jpg
Oxunub: 552     09:25     03 Aprel 2026    
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens 2026-cı il aprelin 7-si və 8-də Macarıstana səfər edəcək və baş nazir Viktor Orbanla ikitərəfli görüşlər keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” Ağ Evin bəyanatına istinadən məlumat yayıb.

Bəyanatda qeyd olunub ki, Vens Budapeştə səfər edəcək və çıxış edəcək.

Səfər Macarıstanda 2026-cı il aprelin 12-də keçiriləcək seçkilərdən cəmi bir neçə gün əvvəl baş tutacaq və bu seçkilərin 2010-cu ildən hakimiyyətdə olan Orban üçün ən çətin seçkilərdən biri olacağı gözlənilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Macarıstan  


Bizi "telegram"da izləyin