İsrail İranın Petah Tikva şəhərinə raket zərbəsi endirdiyini açıqlayıb, Yəməndən buraxılan raket də qeydə alınıb

2026/03/1774859488.jpg
Oxunub: 376     09:09     03 Aprel 2026    
Bu gün axşam İsrailin Petah Tikva şəhərinə atılan İranın ballistik raketi sənaye binalarına ziyan vurub.

Ordu.az xəbər verir ki, bu barədə video görüntülərə və fövqəladə xidmətlərin məlumatlarına istinadən “Times of Israel” məlumat yayıb .

Raket yaşayış məhəlləsi ilə sənaye zonası arasında düşərək böyük çuxur yaradıb, zərbə dalğası isə yaxınlıqdakı binalara ciddi ziyan vurub. Yaralananlar barədə məlumat yoxdur.

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) məlumatına görə, Yəməndəki husilər tərəfindən buraxılan raket məhv edilib.

Hava həyəcan siqnalları Yerusəlimdə, onun ətrafında və Ölü dəniz yaxınlığında səslənib.

Zərərçəkənlər barədə məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin