Ordu.az "CNN"ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyat agentlikləri İranın raket buraxıcılarının təxminən yarısının salamat qaldığını təxmin edirlər.
Bundan əlavə, Tehranın hələ də pilotsuz uçuş aparatlarının (PUA) təxminən 50%-nə sahib olduğu deyilir. İran sahillərində yerləşdirilən qanadlı raketlərinin əhəmiyyətli bir hissəsi də məhv edilməyib.
Bu məlumatlara görə, qalan resurslar İrana həm raketlərdən, həm də PUA-lardan istifadə edərək zərbələr endirməyə davam etməyə imkan verir.
Xatırladaq ki, 31 martda İslam İnqilabı Keşikçiləri Korpusu İranın strategiyasının İsrail və ABŞ-ın hərbi potensialını mümkün qədər tükətmək olduğunu bildirmişdi.
Ordu.az