Yəməndəki husilər Təl-Əvivdəki hədəflərə hücum etdiklərini bildiriblər

2026/03/1774677889.jpg
Oxunub: 378     01:44     03 Aprel 2026    
Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı Təl-Əvivdəki hədəflərə ballistik raket hücumu həyata keçirib.

Ordu.az-ın məlumatına görə, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya deyib.

"Qüvvələrimiz Yaffoda (Təl-Əviv) İsrailin mühüm obyektlərini hədəf alan ballistik raketlərdən istifadə edərək hərbi əməliyyat keçirib", - deyə o qeyd edib.

Husilərin hərbi nümayəndəsi raket hücumunun effektivliyi barədə məlumat verməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin