SEPAH ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı istiqamətində dörd “Qədr” raketi buraxdığını açıqlayıb

2026/02/1772273632.jpg
Oxunub: 957     02:16     03 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, onun qüvvələri “Doğru vəd 4” əməliyyatının 91-ci dalğası çərçivəsində ABŞ-nin “Abraham Lincoln” aviadaşıyıcısı istiqamətində dörd “Qədr” raketi buraxıb.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

SEPAH, həmçinin BƏƏ-də ABŞ bazası yaxınlığında amerikalı uçuş mühəndislərinin və qırıcı pilotlarının gizli görüşünə ballistik raketlərlə zərbə endirdiyini bildirib.

2026-cı il aprelin 1-də SEPAH “Abraham Lincoln”un başçılıq etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupuna doğru hücum pilotsuz uçuş aparatlarının bir neçə eskadrilyasını göndərdiyini açıqlamışdı.

Aviadaşıyıcıya və onu müşayiət edən gəmilərə hücum yerli istehsal olan “dağıdıcı” pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.

SEPAH əməliyyatın nəticələrini dəqiqləşdirməyib, lakin bildirib ki, bu, amerikalıları aviadaşıyıcının və digər gəmilərin yerləşdiyi mövqeni dəyişməyə məcbur edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   İran   ABŞ  


Bizi "telegram"da izləyin