Ordu.az xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani bildirib.
"Bəhreyn Krallığı İranın Hörmüz boğazında beynəlxalq gəmiçiliyi nəzarətdə saxlamaq üçün qanunsuz və əsassız cəhdləri ilə bağlı qətnamə layihəsi təqdim edib. Bu cür hərəkətlər dünya xalqlarının maraqlarına təhlükə yaratdığı üçün onlara qəti cavab verilməsini ümid edirik. Şura qətnamə layihəsinə səs verərkən ondan vahid mövqe gözləyirik", - deyə o bildirib.
Ordu.az