Ordu.az xəbər verir ki, bu barədə İran KİV-i "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahına istinadən məlumat yayıb.
İlkin məlumata görə, güclü partlayış səbəbindən pilot katapult edə bilməyib. Qərargahın məlumatına görə, bu, ABŞ-nin sutka ərzində vurulmuş ikinci "F-35" qırıcı təyyarəsidir.
***
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Qeşm adası yaxınlığında düşmənə məxsus qırıcının vurulduğunu bildirib.
Ordu.az xəbər verir ki, bu barədə “Pars Today” məlumat yayıb.
Korpusun bəyanatında qeyd olunub ki, SEPAH-ın hava hücumundan müdafiə sistemlərinin tam məhv edildiyi barədə yalançı ABŞ prezidentinin saxta iddialarına cavab olaraq” bir neçə dəqiqə əvvəl Qeşm adasının cənub hissəsində SEPAH-ın hərbi dəniz qüvvələrinin yeni qabaqcıl hava hücumundan müdafiə sistemi və ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsinin nəzarəti altında düşmənin müasir qırıcısı vurulub.
Təyyarə vurulduqdan sonra Həngam və Qeşm adaları arasında düşərək Fars körfəzinin dərin sularında batıb.
Sevinc Əliyeva
Ordu.az