İsrail İranın Kermanşah vilayətində raket bölməsi komandirinin öldürüldüyünü açıqlayıb

2026/03/1774248027.jpg
Oxunub: 504     23:18     02 Aprel 2026    
İsrailin hava zərbəsi nəticəsində İranın Kermanşah vilayətində raket bölməsinin komandiri öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə mətbuat konfransında İsrail Müdafiə Qüvvələrinin (SAXAL) nümayəndəsi, briqada generalı Efi Defrin məlumat verib.

“Bayram zamanı biz Kermanşah ərazisində yerləşən ballistik raket bölməsinin komandiri Mukram Azimini öldürdük. Azimi İsrail istiqamətində çoxsaylı raket buraxılışlarına görə məsul idi”, - deyə o bildirib.

Defrin həmçinin qeyd edib ki, SAXAL İsrailin atəşə tutulmasına rəhbərlik edən İran raket taborunun daha üç komandirini də öldürüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin