Ordu.az BBC-yə istinadən xəbər verir ki, o, bunu jurnalistlərə açıqlayıb.
Nazirin sözlərinə görə, qlobal tədarük zəncirlərinə və enerji bazarlarına təzyiq göstərən və faktiki olaraq bloklandığı iddia edilən strateji su marşrutunun açılmasını dəstəkləmək üçün 40-dan çox ölkə birgə səy göstərir.
İvett Kuper İranın beynəlxalq gəmiçiliyə və dünya iqtisadiyyatına zərbə vuran addımlarını pisləyib. O vurğulayıb ki, bunun nəticələri dünyanın müxtəlif regionlarında yanacağın, gübrə və qazın qiymətinə təsir edir.
Onun sözlərinə görə, London gəmilərin hərəkətini blokadadan çıxarmaq üçün Beynəlxalq Dəniz Təşkilatı ilə əməkdaşlığı da nəzərdən keçirir.
Ordu.az