Yaxın Şərqdə hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı artmaqda davam edir

2026/04/1775024115.jpg
Oxunub: 481     22:43     02 Aprel 2026    
Yaxın Şərqdə hərbi əməliyyatlar nəticəsində ölən və yaralananların sayı ilə bağlı yenilənmiş məlumatlar yayımlanıb.

Ordu.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

KİV-in İran Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, fevralın 28-dən etibarən İranda ölənlərin sayı ən azı 2076 nəfərə çatıb, 26 min 500 nəfər yaralanıb.

Livan ərazisində 1345 nəfər həlak olub, o cümlədən 125 uşaq, 4040-dan çox insan yaralanıb. İsraildə 28 nəfər ölüb, o cümlədən Livanda 10 israilli hərbçi öldürülüb, 3223 yaralı hospitala yerləşdirilib. ABŞ isə, Vaşinqtonun məlumatına görə, döyüş əməliyyatları zamanı 13 hərbçisini itirib, daha 2 nəfər qeyri-döyüş səbəblərindən ölüb, regionda 200 nəfər yaralanıb.

İordaniyanın işğal olunmuş Qərb sahilində 4 nəfər ölüb, Birləşmiş Ərəb Əmirliklərində 12 nəfər həlak olub, 169 nəfər yaralanıb. Bəhreyndə 3 nəfər, Səudiyyə Ərəbistanında 2 nəfər ölüb, 20 nəfər yaralanıb. Küveytdə 6 nəfər, Omanda 3 nəfər həlak olub, Qətərdə 16 nəfər, İordaniyada 20 nəfər yaralanıb. Suriyada 4 nəfər, İraqda isə 107-dən çox insan ölüb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaxın-Şərq   Müharibə  


Bizi "telegram"da izləyin