Ordu.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
“Hörmüz boğazı bizim üçün açıqdır”, - deyə o “Vesti”yə verdiyi müsahibədə vurğulayıb.
Prezidentin köməkçisi həmçinin qeyd edib ki, Vaşinqton hələlik Yaxın Şərqdə gərginliyin tənzimlənməsi məsələsində Rusiyanın vasitəçiliyinə müraciət etməyib.
“Bu məsələ ilə bağlı bizə heç kim müraciət etməyib. Yəni amerikalıları nəzərdə tuturam”, - deyə Kreml nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdə gərginliyin artması fonunda İran ətrafındakı vəziyyət mürəkkəb olaraq qalır.
ABŞ-nin İrandan tam çıxıb-çıxmayacağı barədə danışarkən, diplomat ABŞ prezidenti Donald Trampın iki-üç həftəlik müddət müəyyən etdiyini xatırladıb. “Görəcəyik”, - deyə Uşakov əlavə edib.
“Lakin regionda vəziyyət mürəkkəbdir”, - deyə Rusiya prezidentinin köməkçisi qeyd edib.
Sevinc Əliyeva
Ordu.az