Ordu.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Misirin xarici işlər naziri Bədr Abdel Ati ilə görüşdə bildirib.
“Əlbəttə, Fars körfəzi ölkələrində, xüsusilə də İranda baş verən hadisələr iqtisadiyyat və logistikanın bütün sahələrinə təsir edib və faktiki olaraq bütün dünyaya yayılıb. Əkin mövsümünün ortasında gübrə çatışmazlığının nəyə gətirib çıxara biləcəyini təsəvvür etmək çətindir. Qida təchizat zəncirlərinin pozulması və ərzaq qıtlığı nəticəsində təkcə Afrikada deyil, bütün Yaxın Şərqdə milyonlarla insan yoxsulluq və aclıqdan əziyyət çəkəcək”, - deyə Şoyqu bildirib.
Şoyqu qeyd edib ki, İran ətrafındakı vəziyyətlə bağlı təhlükəsizlik təhdidlərinin sayı görünməmiş dərəcədə artıb və bu, energetika, ətraf mühit, metallurgiya, miqrasiya axınları, tibb və farmasevtika daxil olmaqla bütün sahələrə təsir göstərir.
“Moskva və Qahirə daimi dialoq aparır və Yaxın Şərqdə gərginliyin artması ilə bağlı bütün məsələləri müzakirə edir”, - deyə o vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az