Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” yazır.
Polşanın baş naziri Donald Tuskun “Tramp və Orbanın son fəaliyyəti Putinin arzu planına bənzəyir” xəbərdarlığına cavab olaraq, Macarıstan lideri Avropa İttifaqının siyasətində Rusiyaya yaxın dəyişikliklər edilməsinə çağırışlarını gücləndirib.
“Biz Putin haqqında deyil, öz ölkələrimiz və xalqlarımız haqqında düşünməliyik. Müharibəni qızışdırmaq əvəzinə ölkəni sevin və xilas edin, Donald”, - deyə Orban Polşanın baş nazirinə müraciət edib.
Daha əvvəl Donald Tusk bildirmişdi ki, ABŞ prezidenti Donald Trampın təhdidi “Putinin ideal planını” xatırladır.
“NATO-nun dağılması təhdidi, Rusiyaya qarşı sanksiyaların yumşaldılması, Avropada genişmiqyaslı enerji böhranı, Ukraynaya yardımın dayandırılması və Kiyevə kredit verilməsinin Orban tərəfindən bloklanması, bütün bunlar Putinin ideal planına bənzəyir”, - deyə Tusk qeyd etmişdi.
Sevinc Əliyeva
Ordu.az