Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
İsrail ordusu Eşaqini “İranın neft qərargahının rəisi” adlandırıb.
Bildirilir ki, “o, İran Silahlı Qüvvələrinin Baş Qərargahının büdcə və maliyyə işləri üzrə idarəsinin rəhbəri vəzifəsini tutub; bu qurum nizami ordu ilə İslam İnqilabı Keşikçiləri Korpusunun fəaliyyətini koordinasiya edir”.
SAXAL həmçinin iddia edir ki, neft qərargahı “rejimin silahlı qüvvələrinin ayrılmaz hissəsidir və neftdən əldə olunan gəlirlər vasitəsilə onların əməliyyatlarını davam etdirməsinə və hərbi gücünü artırmasına imkan verir”.
Sevinc Əliyeva
Ordu.az