F-35-in radar izlərini izləyən NT-43A yenidən göylərdə - FOTOLAR

2026/04/1775151277.jpg
Oxunub: 503     21:35     02 Aprel 2026    
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus NT-43A tipli təyyarə RAT 55 çağırış kodu ilə spotterlər və aviasiya həvəskarları tərəfindən ən çox izlənilən təyyarələrdən biridir.

Bu təyyarənin əsas vəzifəsi F-35 təyyarələrinin radar izlərini izləməkdir.

Transponderini söndürərək uçduğu üçün “Flight Radar” kimi platformalarda görünmür. Mülki hava limanlarına eniş-qalxış etmir və mülki təyyarələr də onu radarlarında görə bilmir.


Yalnız ABŞ-də NOTAM yayımlanmaqla “Edwards” Hərbi Hava Bazası və “Nevada” sınaq ərazisində uçuş həyata keçirir. Onun enmə və qalxmasını görmək və görüntüləmək demək olar ki, mümkün deyil.

Paylaşılan bu fotolar isə ilk dəfə ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi saytında dərc olunub.

B737-200 əsasında hazırlanan bu NT-43A təyyarəsi niyə bu qədər xüsusidir?


Ümumi təsvir: RAT55 - “Radar Airborne Testbed” (uçan radar sınaq platforması)

- Tam mənası ilə uçan radar laboratoriyasıdır.
- Yeni nəsil döyüş təyyarələrinin “stealth” (gizlilik) radara görünməni ölçür
- Yeni nəsil platformaların radar izi (RCS - radara görünmə sahəsi) analiz edilir
- “Nə qədər görünməzdir?” sualına cavab verir
- Düşmən radarlarını simulyasiya edə bilir
- Xüsusilə yeni nəsil döyüş təyyarələri, “stealth” tipli bombardmançı təyyarələr (məsələn F-35, B-21 tipli layihələr) və “stealth” tipli pilotsuz platformalar üçün istifadə olunur


Bu sistem ABŞ-nin “stealth” texnologiyasının real təsdiq vasitəsidir və “görünməzlik” iddialarını real radar mühitində yoxlayaraq birbaşa döyüş qabiliyyətini müəyyən edir.

Qısaca: bu təyyarə olmadan müasir “stealth” təyyarələrin hazırlanması mümkün deyil.


“Boeing” NT-43A (RAT55)

Əsas vəzifə: radar izinin real mühitdə ölçülməsi

Laboratoriya şəraitində ölçülən radar kəsik sahəsi real şəraitdə eyni nəticəni verməyə bilər. Bu nöqtədə NT-43A işə düşür:

- Təyyarə hədəf platforma ilə birlikdə müxtəlif bucaqlardan uçuş həyata keçirir
- Eyni anda müxtəlif tezliklərdə radar siqnalları göndərir
- Geri qayıdan siqnalları yüksək dəqiqliklə ölçür


Bu sayədə:

- Təyyarənin hansı bucaqdan göründüyü
- Hansı tezlikdə zəif olduğu aydın şəkildə müəyyən edilir


Bu təyyarədə istifadə olunan sistemlər adi radarların imkanlarını aşır. İstifadə olunan diapazonlar:

L diapazonu (uzun məsafə, erkən aşkarlama)
S diapazonu (hava hücumundan müdafiə radarları)
X diapazonu (atəş idarəetmə radarları)

“Stealth” tipli təyyarələr əsasən X diapazonuna qarşı optimallaşdırılır, lakin L diapazonu radarları onları daha asan aşkar edə bilər. NT-43A məhz bu fərqləri üzə çıxarır.


Şəkildəki qeyri-adi çıxıntılar tamamilə mühəndislik həlləridir:

Burun hissəsi: böyük çoxdiapazonlu radar antenaları
Quyruq hissəsi: arxa bucaqdan ölçmə sistemləri
Gövdə altı çıxıntılar: məlumat toplama və siqnal emalı antenaları


360° ölçmə apara bilir və eyni anda müxtəlif radar sistemlərini simulyasiya edir.

1973-cü ildən etibarən 19 ədəd istehsal olunub və hazırda ABŞ-də aktiv olaraq yalnız bir ədəd mövcuddur. Bort nömrəsi: 73-1155.

Qısaca RAT55 təyyarəsi müasir hava gücünün keyfiyyətə nəzarət sistemidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   NT-43A   ABŞ  


Bizi "telegram"da izləyin