Bəhreyn Hörmüz boğazı ilə bağlı vəziyyətə görə İrana “qəti cavab zərbəsi” çağırışı edib

2026/03/1774364043.jpg
Oxunub: 416     21:10     02 Aprel 2026    
Bəhreynin xarici işlər naziri Abdullatif bin Rəşid əl-Zayani bildirib ki, “İranın Fars körfəzi ölkələrinə və İordaniyaya, o cümlədən onların mülki infrastrukturuna zərbələr endirməyə davam etməsindən dərin təəssüf hissi keçirir”.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” məlumat yayıb.

“Onlar günahsız qan töküblər və mülki şəxsləri qorxu altında saxlayıblar”, - deyə o, BMT Təhlükəsizlik Şurasına müraciətində bildirib.

Nazir, həmçinin qeyd edib: “Bu, daha da irəli gedərək Hörmüz boğazının bağlanması və beynəlxalq naviqasiya azadlığının məhdudlaşdırılması ilə qlobal iqtisadiyyatı da təhlükə altına salıb”.

Diplomat bunu “beynəlxalq hüququn kobud şəkildə pozulması” adlandırıb.

O, BMT Təhlükəsizlik Şurasına bildirib ki, Bəhreyn Hörmüz boğazında beynəlxalq gəmiçiliyə nəzarət etmək üçün İranın “qanunsuz və əsassız” cəhdlərinə qarşı qətnamə layihəsi təqdim edib və “qəti cavab” verilməsinə çağırıb.

O vurğulayıb ki, Bəhreyn Təhlükəsizlik Şurasında cümə günü Hörmüz boğazında və ətrafında ticarət gəmiçiliyinin qorunmasına dair qətnamə üzrə keçiriləcək səsverməyə ümid edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bəhreyn   İran  


Bizi "telegram"da izləyin