ABŞ ordusunun “Portfolio Acquisition Executive Fires” xidməti ABŞ Hərbi Dəniz Qüvvələrinin “Strategic Systems Programs” xidməti ilə birlikdə 2026-cı il martın 26-da Florida ştatının Kanaveral burnundan adi hipersəs raketini uğurla buraxıb.
Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müharibə Nazirliyinin açıqlamasında bildirilib.
“Quru və dəniz platformaları üçün ortaq hipersəs raketinin hazırlanması məqsədilə ordu ilə hərbi dəniz qüvvələri arasında tərəfdaşlıq Milli Müdafiə Strategiyasını dəstəkləyir, vaxt qrafikini sürətləndirir, xərcləri azaldır və zamana həssas, yaxşı qorunan və yüksək dəyərə malik hədəflərə qarşı 5 maxdan yüksək sürətlə yüksək dözümlülük təmin edir”, - deyə Pentaqonun açıqlamasında qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az