BMT-nin baş katibi: “Yaxın Şərqdəki münaqişə daha genişmiqyaslı müharibəyə çevrilə bilər”

2025/03/1743271658.jpg
Oxunub: 385     21:01     02 Aprel 2026    
BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı xəbərdarlıq edib ki, Yaxın Şərqdəki münaqişə daha genişmiqyaslı müharibəyə çevrilə bilər. O, ABŞ ilə İsrailin İrana qarşı yönəlmiş zərbələrinin, eləcə də İranın cavab hücumlarının dərhal dayandırılmasına çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

“Biz Yaxın Şərqi əhatə edəcək və bütün dünyaya dramatik təsir göstərəcək daha genişmiqyaslı müharibənin astanasındayıq”, - deyə baş katib Nyu-Yorkda jurnalistlərə bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   BMT  


Bizi "telegram"da izləyin