Ordu.az xəbər verir ki, şirkətin həmtəsisçisi və baş direktoru Ekrem Ünlü sosial media üzərindən etdiyi açıqlamada bütün icra və idarəetmə vəzifələrini peşəkar idarəetmə heyətinə təhvil verdiklərini bildirib.
Ünlü 2024-cü ildə Pasifik ilə həyata keçirilən strateji tərəfdaşlığın TİTRA üçün yeni bir dövr başlatdığını vurğulayaraq belə deyib:
“İnfrastrukturumuzu gücləndirərək korporativ quruluşumuzu qlobal miqyasda rəqabət apara biləcək yetkinlik səviyyəsinə çatdırdıq. Bu gün gəldiyimiz nöqtədə, peşəkar idarəetmə strukturu və güclü korporativ kimliyi ilə TİTRA gələcəyin böyük hədəflərinə doğru irəliləməyə tam hazırdır”.
Həmtəsisçilər dəstək verməyə davam edəcək
Ekrem Ünlü və Muhammed Selman Dönmez idarəetmə vəzifələrini peşəkar heyətə təhvil versələr də, həmtəsisçi statusu ilə şirkətə dəstək verməyə davam edəcəklər. Ünlü bildirib ki, bundan sonrakı mərhələdə müdafiə və texnologiya sahəsindəki təcrübələrini başda ölkə olmaqla dost və müttəfiq coğrafiyalara daşımaq üçün çalışacaqlar:
“TİTRA-nın bu günlərə gəlməsində əməyi keçən bütün əməkdaşlarımıza, bizə güvənən tərəfdaşlarımıza və bu yolçuluqda yanımızda olan hər kəsə ürəkdən təşəkkür edirəm. Daha güclü sabahlarda, yeni layihələrdə görüşmək ümidi ilə”.
Sevinc Əliyeva
Ordu.az