SEPAH növbəti dalğa çərçivəsində Bəhreyndə “Amazon”un kompüter mərkəzinə zərbə endirib

2026/03/1774364043.jpg
Oxunub: 482     20:14     02 Aprel 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd 4” əməliyyatının 90-cı dalğasının üçüncü mərhələsinə başlayıb və bu çərçivədə Bəhreyndə yerləşən “Amazon”un kompüter mərkəzini hədəf alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

Bundan əvvəl İslam İnqilabı Keşikçiləri Korpusu “Doğru vəd 4” əməliyyatının 90-cı dalğasının başladığını elan etmişdi. Bildirilirdi ki, bu dalğa regionda ABŞ-nin sənaye obyektlərini, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin polad və alüminium sənayesini hədəf alır.

Korpusun ictimaiyyətlə əlaqələr idarəsi açıqlayıb ki, əməliyyatın 90-cı dalğasının ikinci mərhələsi həmçinin Tel Nof, Palmachim və Ben Qurionda yerləşən İsrail aviabazalarını, eləcə də Təl-Əviv, Hayfa, Eylat, Negev və Beer-Şevada yerləşən hərbi toplanma məntəqələrini hədəf alıb. Küveytdə yerləşən “Əhməd əl-Cabir” və “Əli əl-Salem”, eləcə də Səudiyyə Ərəbistanında yerləşən “əl-Xarc”ABŞ hərbi bazalarına da ballistik raketlər və pilotsuz uçuş aparatları ilə zərbələr endirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Amazon  


Bizi "telegram"da izləyin