Səfir: “İran vasitəçilər vasitəsilə sülh şərtlərini, o cümlədən zərərin ödənilməsi və sanksiyaların ləğvini təqdim edib”

2026/04/1775138176.jpg
Oxunub: 456     20:07     02 Aprel 2026    
İran vasitəçilərə sülh şərtlərini təqdim edib, bu şərtlər arasında zərərin ödənilməsi və bütün sanksiyaların ləğvi də yer alır.

Ordu.az xəbər verir ki, bu barədə Qahirədə İranın diplomatik nümayəndəliyinin rəhbəri Müctəba Fərdousipur “RİA Novosti”yə bildirib.

“Bizim müharibəni dayandırmaq üçün şərtlərimiz var. Regiondakı vasitəçilər vasitəsilə zərərin ödənilməsini, bütün sanksiyaların ləğvini və aqressiyanın yenidən başlanmayacağına zəmanət verilməsini tələb edirik”, - deyə Fərdousipur bildirib.

ABŞ-nin prezidenti Donald Tramp daha əvvəl Vaşinqton ilə Tehran arasında effektiv danışıqlar aparıldığını açıqlamışdı. İran Xarici İşlər Nazirliyi birbaşa dialoqu təkzib etsə də, Tehran vasitəçilər vasitəsilə Vaşinqtonun münaqişəni dayandırmaq üçün dialoq başlamaq istəyi barədə mesajlar aldığını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin