İran XİN: ABŞ və İsrail Pasteur İnstitutuna zərbə endirib, humanitar normaları pozub

2026/04/1775144592.jpg
Oxunub: 473     19:40     02 Aprel 2026    
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai ABŞ və İsrailin İranda yerləşən Pasteur İnstitutuna zərbə endirdiyini bildirib və bunu humanitar normaların və beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib.

Ordu.az xəbər verir ki, Bəqai “X” sosial şəbəkəsində yayımladığı bəyanatda regionun ən qədim və ən nüfuzlu ictimai səhiyyə və tədqiqat müəssisələrindən birinə hücumu dərin narahatlıq doğuran addım kimi xarakterizə edib.

Bağai vurğulayıb ki, belə bir müəssisəyə hücum adi müharibə pozuntularını aşır və bu, insanlığın fundamental dəyərlərinə qarşı hücum, eləcə də davam edən aqressiyanın açıq nümunəsidir.

“Amerika-İsrail aqressorları”nın İranın Pasteur İnstitutuna qarşı həyata keçirdiyi bu dəhşətli, qəddar, alçaq və tamamilə qəzəbləndirici hücum İranın və bütün Yaxın Şərqin ən qədim və ən nüfuzlu tədqiqat və ictimai səhiyyə mərkəzlərindən birinə qarşı yönəlib. Bu institut 1920-ci ildə Paris Pasteur İnstitutu ilə İran hökuməti arasında bağlanmış razılaşma əsasında yaradılıb. Bu, sadəcə qanunsuz müharibə çərçivəsində törədilmiş növbəti hərbi cinayət deyil, bu, insanlığın fundamental dəyərlərinə qarşı barbar hücumdur”, - deyə İran XİN-in rəsmi nümayəndəsi qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəqai  


Bizi "telegram"da izləyin