Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bəyanatda deyilir: “Səfirliyə Montrö konvensiyası ilə bağlı ünvanlanan suallara cavab olaraq aşağıdakıları bildiririk.
Rusiya 1936-cı il Montrö konvensiyasına böyük əhəmiyyət verir və beynəlxalq münasibətlərin bütün iştirakçıları tərəfindən onun icrasını qətiyyətlə dəstəkləyir.
Hesab edirik ki, konvensiya bütün ölkə və dövlətlərin maraqlarına xidmət edir, xüsusilə də Aralıq dənizində və Yaxın Şərqdə son hadisələr fonunda indiki dramatik dövrdə.
Bu baxımdan Türkiyənin balanslaşdırılmış və məsuliyyətli mövqeyini yüksək qiymətləndiririk”.
Montrö konvensiyası 1936-cı ildə qəbul edilib. Sənəd bütün ölkələrin ticarət gəmilərinin boğazlardan həm sülh, həm də müharibə dövründə sərbəst keçidini qoruyur, eyni zamanda Qara dəniz və qeyri-Qara dəniz dövlətlərinin hərbi donanmaları üçün fərqli keçid rejimləri müəyyənləşdirir.
Türkiyə özü də dəfələrlə bəyan edib ki, Bosfor və Dardanel boğazlarında gəmiçiliyi tənzimləyən Montrö konvensiyasına əməl etməyə davam edəcək. Ankaranın fikrincə, bu, Qara dənizdə qüvvələr balansının qorunması üçün zəruridir.
Sevinc Əliyeva
Ordu.az