Moskvada keçirilən məhkəmə iclasında general-leytenant Vladimir Alekseyev dindirilib. O, özünə qarşı törədilmiş sui-qəsd işi üzrə zərərçəkmiş tərəf kimi çıxış edib.
Ordu.az xəbər verir ki, bu barədə “RIA Novosti”nin məhkəmə zalından olan müxbiri məlumat verib.
Bu gün məhkəmə istintaqın müraciətini, sui-qəsdi törədən Lyubomir Korbanın və onun iki şərikinin həbs müddətinin uzadılması məsələsini nəzərdən keçirir.
“Məhkəmə iclasında bildirilib ki, iş üzrə 49 şahid, eləcə də zərərçəkmiş general Alekseyev dindirilib, həmçinin 22 ekspertiza aparılıb”, - deyə müstəntiq görülən işləri təqdim edərkən qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Moskvada yaşayış binalarından birində Rusiya Baş Qərargahının Baş Kəşfiyyat İdarəsi rəhbərinin birinci müavini, general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd törədilmişdi. O, xəstəxanaya yerləşdirilmişdi. Mart ayının ortalarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov jurnalistlərə generalın artıq sağaldığını bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az