Baş konsul: "Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanmışıq"

2026/03/Ekran-1773821241.jpg
Oxunub: 304     11:46     18 Mart 2026    
Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanılıb.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya Çanaqqala Zəfərinin 111-ci ildönümü münasibətilə təşkil olunan mərasimdə jurnalistlərə açıqlamasında deyib.

O, Çanaqqala savaşını son 111 ildə dünyanın ən mühüm hadisələrindən biri kimi dəyərləndirib:

"Bu zəfər təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib. Çanaqqala şəhidlərinin göstərdiyi qəhrəmanlıqları gələcək nəsillərə çatdırmaq bizim ən vacib məsuliyyətimizdir. Bu səbəbdən, belə mərasimlərə çox böyük önəm veririk. Ümumiyyətlə, torpağına, kökünə sahib çıxan xalqların hər zaman uğurlu olduğunu görülüb. Türkiyə və Azərbaycan bunun gözəl nümunələridir. Çanaqqalada, Qurtuluş müharibəsində, Qarabağda böyük zəfərlər qazanmışıq. İnşallah Türkiyə və Azərbaycan bundan sonra da hər zaman bir-birinin yanında olacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çanaqqala   Qarabağ  


Bizi "telegram"da izləyin