Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, tədbir Tsaxkadzordakı “Eighty Eight Deluxe” hotelində baş tutub.
KİV bildirib ki, Baş nazir aparatının həmin hotel ilə bağladığı müqaviləyə əsasən, hotel xidmətlərinə görə “Eighty Eight” MMC-yə 8 898 910 dram ödənilib.
“Şirkət fevralın 13-14-də 46 nəfər üçün 35 otaq təqdim edib. Bunlara 2 ədəd bir nəfərlik (Premium Suite), 26 ədəd bir nəfərlik, 6 ədəd iki nəfərlik və 1 ədəd altı nəfərlik otaq daxildir.
Müqaviləyə həmçinin 65 nəfərlik konfrans zalı (Gold) və “Cinema” zalının icarəsi də daxil edilib.
Bundan əlavə, qidalanma və xidmət təşkil olunub. Belə ki, 65 nəfər üçün furşet və kofe fasiləsi, 65 nəfər üçün çay-kofe fasiləsi, 50 nəfər üçün qala şam yeməyi və 15 nəfər üçün şam yeməyi təqdim olunub”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az