Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Armlur.am” nəşri məlumat yayıb.
Bildirilir ki, o, vəzifə səlahiyyətlərindən və bu səlahiyyətlərin yaratdığı təsir imkanlarından istifadə edərək Göyçə vilayətinin Martuni icmasının Liçk yaşayış məntəqəsində qeydiyyatda olan çağırış yaşına çatmış Hayrik Karapetyanın xeyrinə rüşvət müqabilində hərəkətlər edib.
Belə ki, o, Ağabek Karapetyan və Edqar Karapetyanla məcburi hərbi xidmətdən 3 il müddətinə möhlət verilməsi ilə bağlı razılıq əldə edib və bunun müqabilində 4 221 140 dram, yəni 11 min ABŞ dolları məbləğində rüşvət tələb edib.
Ağabek Karapetyan Edqar Karapetyanla ilkin razılığa gəldikdən sonra rüşvət tələbi ilə razılaşıb və həmin gün 2025-ci ilin sentyabr ayınadək Davit Vardanyana 11 min ABŞ dolları verməyi öhdəsinə götürüb.
Bu razılaşmadan sonra “Proton” diaqnostika mərkəzində aparılan müayinələr nəticəsində əldə edilən tibbi sənədlər əsasında Mərkəzi Tibbi Komissiyanın qərarı ilə Hayrik Karapetyana sağlamlıq vəziyyətinə görə 3 il müddətinə hərbi xidmətdən möhlət verilib.
Alpər Mövludoğlu
Ordu.az