Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrə görə, partiyaya yaxın mənbələr müxtəlif yerlərdə məlumat yayaraq bildirirlər ki, əslində partiya üzvlərinin vəziyyəti kifayət qədər ağırdır. Həmin mənbələrə görə, bu məsələ partiyanın son idarə heyəti iclasında da açıq şəkildə müzakirə olunub.
“Bununla belə, Ermənistanın baş naziri Nikol Paşinyanın mövqeyinin dəyişmədiyi bildirilir. O, iclas zamanı vəziyyəti hamıdan yaxşı bildiyini deyərək partiyanın qalib gələcəyinə əminliyini ifadə edib və bununla bağlı şəxsən söz verdiyini vurğulayıb.
Partiya üzvləri bu açıqlamaların komanda daxilində panikanın qarşısını almaq üçün edildiyini, yoxsa real vəziyyəti əks etdirdiyini anlamaqda çətinlik çəkirlər”, - deyə KİV bildirib.
Alpər Mövludoğlu
Ordu.az