Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.
Nəşrə görə, bu günlərdə redaksiyaya çoxsaylı Qarabağdan köç etmiş şəxslər müraciət edərək narahatlıqlarını ifadə edirlər. Onların sözlərinə görə, vətəndaşlıq üçün müraciət etsələr də, aylarla cavab ala bilmirlər.
Gümrüdə məskunlaşmış bir qadın bildirib ki, dekabr ayında müraciət edib, lakin hələ də ona cavab verilməyib və heç kim əlaqə saxlamayıb. Onun sözlərinə görə, əvvəllər onları vətəndaşlıq almağa çağırırdılar, indi isə özləri müraciət edib Ermənistan pasportu almağa çalışsalar da, bu proses uzadılır və bu vəziyyət alçaldıcı kimi qiymətləndirilir.
“Eyni problemlə bağlı onlarla Qarabağdan köç etmiş şəxsin şikayət etdiyi qeyd olunur. Onlar bildirirlər ki, Ermənistan pasportu olmadan sertifikat da ala bilmirlər. Bir kişi qeyd edib ki, kirayə mənzillərin qiymətləri xeyli artıb və onlar heç olmasa onlara aid olan sertifikatı alıb vəziyyətlərini düzəltmək istəyirlər, lakin bu imkan da yaradılmır.
Ehtimal olunur ki, Qarabağdan köç etmiş şəxslərə seçkilərə qədər vətəndaşlıq verilməyəcək. Onların vətəndaşlıq alması hakimiyyət üçün arzuolunmaz ola bilər, çünki bu halda seçkilərdə iştirak edib hakimiyyətə qarşı səs verə bilərlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az