Ərəb və İslam ölkələrinin XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə edəcəklər

2026/03/Ekran-1773808922.jpg
Oxunub: 486     08:19     18 Mart 2026    
Ərəb və İslam ölkələrinin xarici işlər nazirləri bölgədəki vəziyyəti müzakirə etmək üçün martın 18-də Ər-Riyadda görüşəcəklər.

Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat verib.

"Martın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ərəb və İslam ölkələrinin xarici işlər nazirləri arasında danışıqlar keçiriləcək. Tərəflər Yaxın Şərqdə təhlükəsizliyin təmin edilməsi üçün hərəkətlərinin əlaqələndirilməsini müzakirə etməyi planlaşdırırlar", - Səudiyyə Ərəbistanı XİN-in mətbuata açıqlamasında bildirilib.

Məsləhətləşmələrdə hansı ölkələrin iştirak edəcəyi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərəb   İslam   Ər-Riyad  


Bizi "telegram"da izləyin