Ermənistan KİV-i: Paşinyanın payladığı nişanları vaxtilə qeyri-sağlam rəqabətə görə cərimələnmiş şirkət təmin edib

2026/03/1773773997.jpg
Oxunub: 400     22:56     17 Mart 2026    
Təxminən yarım aydır ki, Nikol Paşinyan həftəsonları Ermənistanın regionlarını gəzir və “Vətəndaş Müqaviləsi” Partiyasının daxili təbliğat kampaniyası çərçivəsində qarşılaşdığı bütün sakinlərə Ermənistan xəritəsi formasında nişanlar paylayır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Factor TV” nəşri yazıb.

“Factor TV” bu nişanların hansı vəsait hesabına əldə olunduğunu araşdırmağa çalışıb.

“Yazılı sorğumuza cavab olaraq “Vətəndaş Müqaviləsi” Partiyasından bildirilib ki, nişanların ödənişi partiya tərəfindən həyata keçirilir. Eyni zamanda, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə qiymətlərlə bağlı məlumat verməkdən imtina edib və bunu belə əsaslandırıb: “Hazırda nişanların ümumi sifarişinin dəyərinin nə qədər olacağını deyə bilmərik. Təchizatçı şirkətin bildirdiyinə görə, qiymət sifarişin həcmindən asılı olacaq, bu isə hələ dəqiqləşdirilməyib. Bu günə qədər 2000 nişan sifariş olunub və bu rəqəm, təbii ki, artacaq”.

Nişanları “Vətəndaş Müqaviləsi” Partiyasına müqavilə əsasında “Domino Video Production” şirkəti tədarük edir. Hüquqi şəxslərin dövlət reyestrinin məlumatına görə, şirkət Aşot Arakeliyana məxsusdur. 130 milyon 569 min 600 dram dəyərində bu şirkət həmçinin Ermənistan Baş nazirinin Aparatının maliyyələşdirdiyi “Dövrümüzün qəhrəmanı” mükafatlandırma mərasimini də təşkil edib”, - deyə nəşr bildirib.

KİV vurğulayıb ki, Aşot Arakeliyana məxsus digər şirkət isə “Domino Production” MMC-dir.

“Qeyd edək ki, əvvəllər Arakeliyanın şirkəti rəqabət qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunub. Belə ki, 2013-cü ildə Ermənistanın İqtisadi Rəqabətin Qorunması üzrə Dövlət Komissiyası “Domino Production” MMC-ni qeyri-sağlam rəqabətə görə illik dövriyyəsinin 1 faizi həcmində cərimələyib.

Komissiyaya “Domino Video Production” şirkətinin keçmiş həmtəsisçisi Aram Harutyunyan müraciət etmişdi. O bildirmişdi ki, 2009-cu ildə özü, Fransa vətəndaşı Sevak Serobyan və Aşot Arakeliyan tərəfindən müvafiq olaraq 34%, 33% və 33% pay bölgüsü ilə “Domino Video Production” şirkəti yaradılıb.

2013-cü ilin fevralında Aşot Arakeliyan “Domino Production” MMC-ni yaradaraq “Domino Video Production” şirkətinin gördüyü bütün işləri və qazandığı mükafatları öz şirkətinin adına çıxarıb. Nəticədə Komissiya Arakeliyanın şirkətinin cərimələnməsi barədə qərar qəbul edib”, - deyə KİV vurğulayıb.

Müəllif əlavə edib ki, hazırda isə reyestr məlumatlarına əsasən, “Domino Video Production” şirkəti tam şəkildə Aşot Arakeliyana məxsusdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan  


Bizi "telegram"da izləyin