“İnterfaks”: Rusiya-Gürcüstan sərhədində 2000-ə yaxın yük avtomobili qalıb

2026/02/1771956310.jpg
Oxunub: 383     22:03     24 Fevral 2026    
Şimali Osetiyanın “Yuxarı Lars” keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçmək üçün ən azı 1,9 min yük avtomobili toplanıb.

Ordu.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi respublika rəhbərinin və hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Hazırda respublika ərazisində 1980 ağırtonnajlı nəqliyyat vasitəsi “Yuxarı Lars” keçid məntəqəsindən dövlət sərhədini keçmək üçün öz növbəsini gözləyir, elektron növbədə isə 1879 avtomobil qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir.

Mətbuat xidmətindən əlavə ediblər ki, Hərbi Magistral və Cənubi Qafqaz Magistral yolu vasitəsilə nəqliyyatın hərəkəti hazırda məhdudlaşdırılmayıb.

Hərbi Magistral Rusiyanı Gürcüstan və Ermənistanla birləşdirən yeganə quru yol marşrutudur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Gürcüstan  


Bizi "telegram"da izləyin