Ordu.az xəbər verir ki, bu barədə Ermənistan DİN-in mətbuat katibi Narek Sarkisyan bildirib.
“Olan kadr dəyişiklikləri ilə bağlı əlavə məlumat veriləcək”, - deyə o qeyd edib.
Daha əvvəl Ermənistanın “İşxanutyun” nəşri öz mənbələrinə istinadən yazmışdı ki, Daxili İşlər Nazirliyinin Polis Xidmətinin Ciinayət Polisi Baş İdarəsinin rəisi, polis rəisinin müavini Vardan Vardanyan, Patrul Xidmətinin rəisi, polis rəisinin müavini Artur Xudinyan, eləcə də İcma Polisi Baş İdarəsinin rəisi, polis rəisinin müavini Karen Hakobyan vəzifələrindən azad ediliblər.
Alpər Mövludoğlu
Ordu.az