Ermənistan XİN rəhbəri ruandalı həmkarı ilə görüşüb

2026/02/1771953213.jpg
Oxunub: 452     21:12     24 Fevral 2026    
Fevralın 24-də Cenevrədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ruandanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Olivie Nduhunqire ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, görüşdə Ermənistan-Ruanda siyasi dialoqunun davamlı inkişafının vacibliyi vurğulanıb.

“O cümlədən imzalanmış ikitərəfli sənədlərin icrası və XİN-lər arasında siyasi məsləhətləşmələrin aparılması məsələləri qeyd olunub.

Ararat Mirzoyan və Olivie Nduhunqire Ermənistan ilə Ruanda arasında təhsil, səhiyyə və yüksək texnologiyalar kimi qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Çoxtərəfli platformalarda qarşılıqlı fəaliyyət kontekstində Frankofoniya Beynəlxalq Təşkilatının platformasının potensialı və BMT-nin Biomüxtəliflik haqqında Konvensiyasının tərəflərinin 17-ci konfransı xüsusi qeyd olunub.

Həmsöhbətlər sülhün möhkəmləndirilməsinə yönəlmiş səylər ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ruanda  


Bizi "telegram"da izləyin