Ermənistan müdafiə naziri İran Prezidenti ilə görüşüb

2026/02/1771950563.jpg
Oxunub: 414     20:28     24 Fevral 2026    
Bu gün Ermənistan müdafiə naziri Suren Papikyan İran Prezidenti Məsud Pezeşkian ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Papikyan sosial şəbəkə hesabında yazıb.

“İran Prezidenti Məsud Pezeşkiana Ermənistanın Baş naziri Nikol Paşinyanın səmimi salamlarını çatdırdım.

Görüş zamanı Ermənistan və İran arasında yüksək səviyyəli münasibətlərin davamlı inkişafının, eləcə də regionda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini və zəruriliyini qarşılıqlı olaraq vurğuladıq.

Ermənistan-İran əməkdaşlığına, o cümlədən müdafiə sahəsində qarşılıqlı fəaliyyətə dair məsələləri müzakirə etdik. İran ətrafında yaranmış vəziyyətin diplomatik yolla həllinin vacibliyini qeyd etdim.

Beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlər ətrafında da fikir mübadiləsi apardıq”, - deyə Papikyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin