Vens: "Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyik"

2026/02/1770182104.jpg
Oxunub: 312     16:19     10 Fevral 2026    
ABŞ Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi üzərində işləməyə davam edəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Ermənistana səfərini başa vurarkən jurnalistlərə açıqlama verib.

"Biz buradan yolumuzu Azərbaycana davam etdirməkdən məmnunuq. Sülhün əldə edilməsi yalnız ilk addımdır və biz bu gün bu sülhün təmin edilməsi ilə məşğuluq", - C.Vens deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın qurulması da regionda sülhün möhkəmlənməsinə töhfə verir:

"Hesab edirəm ki, biz əla sülh sənədi imzalamışıq və ABŞ Prezidenti Donald Trampın administrasiyası onun möhkəm olması üçün çalışır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vens   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin