Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüşdə “Enterprise Armenia”nın baş icraçı direktoru Qohar Abacyan da iştirak edib.
Qeyd edilib ki, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının ardıcıl inkişafına yönəlmiş mövcud və mümkün yeni təşəbbüsləri müzakirə ediblər.
“Qarşılıqlı məmnunluqla vurğulanıb ki, avqustun 8-də Vaşinqtonda süni zəka və yarımkeçiricilər sahələrində əməkdaşlığa dair imzalanmış ikitərəfli memorandumlar qarşılıqlı fəaliyyət üçün yaxşı zəmin yaradıb və artıq əməkdaşlığın konkret nəticələri mövcuddur.
Həmsöhbətlər yüksək texnologiyalar sahəsində Ermənistan-ABŞ əməkdaşlığının, eləcə də ümumilikdə iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində investisiyaların təşviqi üçün fəal işi davam etdirməyə hazır olduqlarını bildiriblər. Bu zaman Ermənistanda formalaşmış təcrübə və sürətlə inkişaf edən mühit nəzərə alınıb.
Ararat Mirzoyan və Ceykob Helberq qarşılıqlı maraq doğuran digər istiqamətlərə, xüsusilə energetika, mühüm faydalı qazıntılar və nadir mineralların hasilatı və tədarük zəncirlərinin təmin edilməsi, eləcə də infrastrukturun inkişafı sahəsində perspektivlərə də toxunublar”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az