Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistan parlamentində jurnalistlərə açıqlamasında “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan ötən gün Ermənistanın ABŞ-dən 11 milyard dollar dəyərində kəşfiyyat pilotsuz uçuş aparatları aldığı barədə açıqlamaya münasibət bildirərkən deyib.
“Amma burada başqa bir məsələ də var: Ermənistana pilotsuz uçuş aparatları satılır, hərbi dəstək isə Azərbaycana göstərilir. Burada Bakıda keçiriləcək görüşün hansı inkişaflara gətirib çıxaracağını da görməliyik. Unutmayaq ki, bir halda satışdan söhbət gedir, digər halda isə hərbi dəstək ola bilər. Düzdür, onlar bunu İran sərhədi ilə əlaqələndirirlər və sair”, - deyə o bildirib.
Xaçatryanın sözlərinə görə, ABŞ illərdir Azərbaycana hərbi dəstək göstərir.
“Azərbaycan isə onsuz da öz büdcəsindən bir milyard dollardan çox vəsait xərcləyir və ölkənin hərbi-sənaye kompleksi təxminən bir milyard dollara yaxınlaşır. Baxaq görək Bakıda nə baş verir, sonra müqayisə edə biləcəyik”, - deyə erməni deputat qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az