II Qaregin: “Yepiskoplar Şurası keçiriləcək”

2021/01/cvbcv-1611820830.jpg
Oxunub: 371     14:38     10 Fevral 2026    
“Yepiskoplar Şurası keçiriləcək”.

Ordu.az xəbər verir ki, bunu bütün ermənilərin katolikosu II Qaregin deyib.

Erməni jurnalistin “Yepiskoplar Şurası keçiriləcəkmi?” sualına II Qaregin qısa cavab verib: “Bəli”.

Ermənistan KİV-ləri yazır ki, II Qareginin dəvəti ilə 2026-cı il fevralın 16-19-da Avstriyanın Sankt-Pölten şəhərində Yepiskoplar Şurası keçirilməlidir.

Qeyd edilir ki, kilsəyə qarşı kampaniya elan edən hakimiyyət orqanları isə yepiskopların Ermənistandan getməsinə imkan verməmək üçün yollar axtarır.

Üçmüədzin kilsəsinin altı yepiskopu və bir keşiş təqsirləndirilən şəxs qismində çıxış edirlər. Onlar məhkəmə aktının icrasına mane olmaqda ittiham olunurlar. Həmin məhkəmə aktı Arman Saroyanın Masyatsotn yeparxiyasının rəhbəri vəzifəsinə bərpa edilməsini tələb edir.

İstintaq Komitəsinə erməni keşişlər Makar, Hovnan, Natan, Haykazun, Muşeğ və Vahan, həmçinin Ter Movses çağırılıb. Onlar barəsində ölkəni tərk etməmək barədə qətimkan tədbiri seçilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: II-Qaregin   Ermənistan  


Bizi "telegram"da izləyin