Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bu gün jurnalistlərlə söhbətində Alen Simonyan təhlükəsizliyin ümumi səviyyəsinin yüksəldiyini vurğulayıb və bildirib ki, həyata keçirilən sülh gündəliyi çərçivəsində bu proses bir-iki il üçün deyil, onilliklər, hətta yüzilliklər üçün hesablanıb.
Vensin investisiya vəd edib-etmədiyi ilə bağlı suala cavab verən erməni spiker təhlükəsizlik, iri investisiyalar və ya geosiyasi proseslər kimi bütün mühüm məsələlərdə dövlət media qurumlarının məlumat və açıqlamalarına əsaslanmağa çağırıb. “Qalan hər şey nağıldır”, - deyə Simonyan əminliklə bildirib.
Xatırladaq ki, məsələ Vensin ötən gün atom energetikası sahəsində əməkdaşlıqla bağlı açıqlaması ətrafında yaranmış anlaşılmaz vəziyyətlə bağlıdır. Çıxışın erməni dilinə tərcüməsində “investisiyalar” sözü yer alıb, halbuki ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş variantda bu söz yoxdur.
Alpər Mövludoğlu
Ordu.az