Erməni nazir ABŞ dövlət katibinin müavini ilə görüşüb

2026/02/63172-1770718717.jpg
Oxunub: 357     14:17     10 Fevral 2026    
“Bu gün Ermənistan-ABŞ texnologiyalar və innovasiyalar sammitindən əvvəl ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqlə səhər yeməyi-formatında görüş keçirmişəm”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, əsas müzakirə mövzusu 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ və Ermənistan hökumətləri arasında süni zəka və yarımkeçiricilər sahəsində ikitərəfli əməkdaşlıqla bağlı imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan əsas vəzifələr olub.

Hayrapetyan qeyd edib ki, bu vəzifələr texnologiyalar və innovasiyalar sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə yönəlib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   ABŞ  


Bizi "telegram"da izləyin