Alen Simonyan: "ABŞ-nin vitse-prezidentinin Ermənistana səfəri yeni imkanlar açacaq"

2025/12/1765360583.jpg
Oxunub: 299     13:07     10 Fevral 2026    
ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Ermənistana səfəri yeni imkanlar açacaq.

Ordu.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan bildirib.

"Söhbət Ermənistanın təhlükəsizlik səviyyəsinin ümumi şəkildə yüksəldilməsindən və həyata keçirdiyimiz proqramdan gedir. Yəni, söhbət bir-iki il yox, onilliklər boyu davam edəcək sülhdən gedir", - o qeyd edib.

Bundan əlavə, A.Simonyan, Ermənistan və Azərbaycan arasında hazırlanmış iş sxeminə müsbət qiymət verib: "Hesab edirəm ki, əgər biz bu yolla irəliləməyə davam etsək, ölkələrimizin gələcəkdə heç bir problemi olmayacaq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin