Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
“Bunu necə təsəvvür edirsiniz? TRIPP Ermənistan-ABŞ təşkilatıdır”, - deyə o, jurnalistlərlə söhbətində bildirib.
Erməni spiker xatırladıb ki, Ermənistan ərazisi ilə hərəkət yalnız TRIPP çərçivəsi ilə məhdudlaşmır. “İndi fərz edək ki, un, buğda və ya neft məhsulları (Azərbaycandan-red.) gəlir, onlar TRIPP çərçivəsində gəlmir, elə deyilmi? Düz deyirəm?”, - deyə Simonyan qeyd edib.
O vurğulayıb ki, Rusiya tərəfi layihəni genişləndirməyi və ona digər istiqamətləri daxil etməyi təklif edə bilərdi.
“TRIPP ilə bağlı oxşar mexanizm çoxdan masamızın üzərində idi, biz bunu müzakirə etmişdik. Digər məsələ odur ki, ABŞ ilə bu alındı və ABŞ prezidentinin sayəsində sülh çərçivəsində təməl daşı oldu”, - deyə Simonyan bildirib. Fikrini davam etdirən erməni spiker Rusiyanın iştirakı variantının təbii olaraq Ermənistan tərəfinin razılığı ilə ABŞ tərəfindən nəzərdən keçirilə biləcəyini istisna etməyib.
Sonda Simonyan bəyan edib ki, Rusiya TRIPP üzərində fokuslanmamalıdır: “Bu, Ermənistan ərazisindən keçmiş və ya keçəcək yeganə yol deyil. Çoxlu yollar var”.
Alpər Mövludoğlu
Ordu.az